Bu ilin bir günü bizim üçün xüsusən əlamətdardır və həmin günü əzizlərimizlə birgə qeyd etmək istəyirik. Sizi öz toyumuza dəvət etməkdən xeyli məmnunuq. Bu özəl günümüzü birlikdə keçirməyə səmimi-qəlbdən şad olarıq.
Bizim üçün özəl olan bu günü daha gözəl və yaddaqalan etmək üçün çox çalışmışıq. Toy günü təyin etdiyimiz dress-kodda olsanız, sizə minnətdar olarıq.
Qadınlar üçün – ziyafət, yaxud kokteyl paltarı. Geyim seçiminizdə ağ rəngdən qaçınmağınızı xahiş edirik.
Kişilər üçün –klassik kostyum, yaxud smokinq.
Əziz dostlar, ən gözəl, ən zərif paltarınızı geyinin, rəqs etmək üçün özünüzlə rahat ayaqqabı gətirin, ən əsas isə əhvalınız xoş olsun.
Uşaqları çox sevməyimizə baxmayaraq, hər birimizin məclisdən tam zövq alması üçün uşaqlarsız gəlsəniz məmnun olarıq. Bizi başa düşdüyünüz üçün qabaqcadan təşəkkür edirik.
Heç nəyi qaçırmamağımız üçün toyumuzdan bütün foto və videoları yükləyə biləcəyiniz xüsusi albom hazırlamışıq. Könlünüzdən keçərsə maraqlı anları oraya yükləyə bilərsiniz. Bal ayımızda xoş xatirələrinizi görmək və təəssüratlarınızı bilməkdən məmnunluq duyarıq.